Nişanı oxumaq üçün  maşını saxladı, külli miqdarda cərimələndi
14 iyul 2023 13:04 (UTC +04:00)

Nişanı oxumaq üçün maşını saxladı, külli miqdarda cərimələndi

Böyük Britaniya sakini parkinq işarəsini oxumaq üçün bir neçə saniyə dayanmağa görə 255 funt sterlinq (təxminən 569 manat) cərimə olunmasından şikayətlənib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, 75 yaşlı Endi Smit Şərqi Midlend hava limanında dayanacaq işarəsini oxumaq üçün bir anlıq avtomobilini saxlayıb.

Uçuşdan bir gün əvvəl baqajlarını buraxmaq və gecələmək üçün otelə qeydiyyatdan keçmək üçün iki dostunu hava limanına apardıqdan sonra britaniyalı dostunu heç bir problem olmadan hava limanının buraxılış zonasında düşürdüb. Lakin ikinci dostunu otelə aparanda problem yaranıb.

Sürücü otelin dayanacağında maneəni görüb. Çöldə qaranlıq olub və yağış yağırmış. O, necə girəcəyini bilmədiyi üçün dayanacaq lövhəsindəki məlumatı oxumaq üçün avtomobilini 53 saniyə saxlayıb.

Bir neçə həftə sonra o, nəqliyyat vasitəsini dayanmama zonasında saxladığına görə pis davranış bildirişi və 100 funt sterlinq (təxminən 223 manat) cərimələnib.

Lakin 75 yaşlı kişi pul ödəməkdən imtina edərək cəzadan apellyasiya şikayəti verməyə çalışıb. Bu, nəticədə cərimənin 255 funt-sterlinqə qədər artmasına səbəb olub.

Smitin sözlərinə görə, o, maşını saxlamadan işarəni oxuya bilməyib:

“Bu, hədsizdir. Əlimizdə yola düşmə haqqını ödədiyimizi təsdiq edən qəbz və oteldən sifarişi təsdiq edən məktub var”.

Xoşbəxtlikdən, britaniyalının problemi ictimaiyyətə yayılandan sonra, cərimə ləğv olunub. Aeroport rəsmiləri də yaranan narahatlığa görə üzr istəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1566
avatar

Oxşar yazılar