Nənə 2 yaşlı nəvəsini 5-ci mərtəbədən atdı
11 yanvar 2022 21:24 (UTC +04:00)

Nənə 2 yaşlı nəvəsini 5-ci mərtəbədən atdı

Rusiyada nənə 2 yaşlı nəvəsini yaşadığı binanın 5-ci mərtəbəsindən atıb. 

Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Nijni Novqorod vilayətinin Vıksa şəhərində baş verib.

Rusiya İstintaq Komitəsinin regional idarəsinin məlumatına görə, qadın həmin vaxt sərxoş olub. 

Bildirilib ki, uşaq qalın qarın üzərinə düşdüyündən elə də ciddi zədə almayıb, lakin o, donaraq ölüb.

63 yaşlı nənəyə qarşı cinayət işi açılıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2355
avatar

Rəsul SARI

Oxşar yazılar