Benində 34 nəfərin öldüyü yanğına müştərilərdən birinin ehtiyatsız davranışı səbəb olub.
Lent.az-ın yerli KİV-ə istinadla xəbərinə görə, həlak olanlar arasında 3 qadın və 2 uşaq da var.
Qeyd edək ki, hökumət bir müddət əvvəl yanacaq qaçaqmalçılığının qarşısını almaq üçün tədbirlər görməyə çalışsa da, sonradan güzəştə gedib.
***
23.27
Beninin şərqində neft anbarını əhatə edən yanğında azı 34 nəfər həlak olub.
Lent.az xəbər verir ki, bu barədə rəsmi qurumlar məlumat yayıb. Bundan əvvəl Benin xəbər portalı Beninwebtv 30-a yaxınşəxsin öldüyünü bildirmişdi.
Yanğın Nigerlə sərhəddəki Seme Krak şəhərindəki bazarda baş verib. Bazarda kustar üsulla istehsal olunan benzin anbarı yanıb.
Yerli hakimiyyət orqanları şəhərə dəymiş ziyanın həcmini müəyyənləşdirir.