Ararat Mirzoyan
15 mart 2022 20:50 (UTC +04:00)

Ararat Mirzoyan

Nazir: “Ermənistan Türkiyə ilə sərhədləri açmağa hazırdır”

0

Ermənistan Türkiyə ilə diplomatik əlaqələr qurmağa və sərhədləri açmağa hazırdır. 

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Anadolu Agentliyinə müsahibəsində deyib. 

O qeyd edib ki, türkiyəli həmkarından bu məqsədə çatmaq üçün siyasi iradənin olduğunu eşitməkdən məmnun olub. 

“Hesab edirəm ki, sürətlə dəyişən dünyada konkret addımlar atmaqdan çəkinməməliyik. Sərhədlərin açılması iki ölkə arasında ticari-iqtisadi əlaqələrə, xalqlar arasında münasibətlərə və regionun ümumi sabitliyinə müsbət təsir göstərəcək”, - deyə o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1702

Oxşar yazılar