Nazarbayev toxunulmazlıq və imtiyazlardan  məhrum edildi
11 yanvar 2023 17:51 (UTC +04:00)

Nazarbayev toxunulmazlıq və imtiyazlardan məhrum edildi

Qazaxıstanda ilk prezident Nursultan Nazarbayevə təqiblərə qarşı toxunulmazlıq və bir sıra imtiyazları təmin edən qanunu ləğv edilib. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, qərar Qazaxıstan Konstitusiya Məhkəməsində qəbul edilib.

Bir qrup deputat müvafiq normanın ləğvi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib.

Məhkəmə etiraf edib ki, hazırkı qanunvericilikdə Elbası ("Xalq atası") haqqında qanunun saxlanılması üçün heç bir əsas yoxdur, ona görə də o, "etibarsız elan edilməlidir". Məhkəmə qərarın qəti olduğunu və apellyasiya şikayəti verilə bilməyəcəyini vurğulayıb.

Bildiyiniz kimi, bu qanun Nazarbayev və onun ailə üzvləri üçün mühüm imtiyazlar ehtiva edirdi.

Nursultan Nazarbayev 30 il Qazaxıstana rəhbərlik edib. 2019-cu ildə o, prezident postundan gedib. Kasım-Jomart Tokayev dövlət başçısı olub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1818
avatar

Oxşar yazılar