NATO Rusiya və Ukrayna müharibəsi ilə bağlı açıqlama verib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, baş katib Yens Stoltenberq NATO-nun lazım olanda hərəkətə keçəcəyini bildirib:
“Tarixi bir an yaşayırıq. Rusiyanın hücumu çox insanın canını almaqdadır. Kremlin niyyəti açıq şəkildə görünür. Bu beynəlxalq qanun pozulmasıdır. Həyatını itirən bütün insanlara görə Rusiya liderləri məsuliyyət daşıyır. Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Rusiya ordusuna qarşı qarda, dənizdə və havada savaşmaq üçün güclərimizi hazırlamışıq. 100-dən çox təyyarəmiz hazırdı. NATO və Avropa birlikdə hərəkət etməlidir”.