NATO-nun baş katibi Yens Stoltenberq alyansın sammitinin keçiriləcəyi Vilnüsdə keçirdiyi mətbuat konfransında Rusiya prezidenti Vladimir Putinə müraciət edib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Stoltenberq bildirib ki, Ukraynadakı silahlı münaqişə Rusiya lideri üçün “əks-məhsuldar” olub.
“Putin daha az NATO istədiyi üçün müharibəyə getməyə qərar verdi, lakin daha çox NATO əldə edir... Moskvanın, prezident Putinin alyansın genişlənməsinə veto qoymaq hüququ yoxdur”, - o bildirib.
Stoltenberqin sözlərinə görə, Rusiya prezidenti Ukraynanın hərbi qüvvələrini lazımi səviyyədə qiymətləndirməyib və münaqişənin NATO-nu zəiflədəcəyinə ümid edib, lakin əvəzində alyans yeni üzvlər qəbul edir: “Bu, blokun bütün üzvlərinin birliyindən danışır”.