Napoleonun şəxsi qılıncı  hərraca çıxarıldı
26 aprel 2025 11:00 (UTC +04:00)

Napoleonun şəxsi qılıncı hərraca çıxarıldı

18-i əsrin sonu 19-cu əsrin əvvəllərində Fransanın imperatoru olmuş Napoleon Bonapartın şəxsi qılıncı hərraca çıxarıb.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Napoleon onu Fransa Respublikasının Birinci Konsulu olarkən Versal manufakturasının rəhbəri Nikolas-Noel Boutetdən sifariş edib. Qılınc hakimiyyətinin sonuna qədər Napoleonda qalıb və Elba adasına sürgün edilməzdən əvvəl taxtdan imtina edən imperator onu marşal Emmanuel de Qruçiyə təhvil verib.

"1815-ci ildən bəri silahlar marşalın nəsilləri tərəfindən saxlanılır və ilk dəfə olaraq açıq hərraca çıxarılacaq", - “Drouot” hərrac evi bildirib.

Hərrac evi bildirib ki, bu, Napoleonun Versal manufakturasından sifariş etdiyi iki eyni qılıncdan biridir. İkincisi, rus generalı qraf Pavel Şuvalova hədiyyə edilib və Sankt-Peterburqdakı Ermitajda saxlanılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 544

Oxşar yazılar