Nadir almaz ağlasığmaz qiymətə  satıldı
10 noyabr 2022 04:18 (UTC +04:00)

Nadir almaz ağlasığmaz qiymətə satıldı

0

Nadir tapılan almaza Cenevrədə müştəri tapılıb. 

Lent.az xəbər verir ki, “Christie’s” hərrac evinin 25 milyon dollara satışa çıxardığı “Fortune Pink” adlı çəhrayı almaz 28,8 milyon dollara satılıb. Cəmi 4 dəqiqə çəkən hərracda müştərinin adı açıqlanmasa da, asiyalı olduğu bildirilir. 

18,18 karatlıq almaz üçün 4 iddiaçı yarışıb. Cəhrayı almazların kütləsi adətən 0,1 karatı keçmədiyi üçün onların qiyməti xüsusilə bahadır. Çəhrayı almazla yanaşı 2 adi almazın da bərkidildiyi üzük Fransanın məşhur Pino ailəsinə məxsus olub. Bu, dünyada ikinci ən bahalı bəzək əşyasıdır. 2017-ci ildə Honqkonqda hərraca çıxarılmış çəhrayı almaz 71 milyon dollara satılmışdı.

Qeyd edək ki, çəhrayı almaz Asiya ölkələrində uğur simvolu hesab edilir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2083

Oxşar yazılar