Dövlət Sərhəd Xidmətinin məlumatına görə, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan indiyədək sərhəddə 2200-ə yaxın hərbi xidmətə yararlı kişi saxlanılıb.
Lent.az Ukrayna mediasına istinadla bildirir ki, sərhədçilərin məlumatına görə, kişilərin bir qismi xaricə səyahətə qoyulan məhdudiyyətlərdən yan keçmək ümidi ilə anonim kanallar vasitəsilə qeyri-qanuni xidmətlər təklif edən fırıldaqçıların qurbanı olub, onlardan pul alıb yoxa çıxıblar.
Həmçinin bəziləri sərhədçilərə rüşvət verməyə çalışır. Saxta sənədlərdən istifadə edərək, əlilliyi özlərinə və ya uşaqlarına aid edənlər, sağ arvadlarını ölmüş adlandıranlar və ya uşaqların sayını artıranlar da var.
“Qanunu pozanların əksəriyyəti bələdçilərin köməyi ilə keçid məntəqələrindən kənarda sərhədi keçməyə çalışır. Sonuncular, təcrübədən göründüyü kimi, "qəyyumluq altında olanların" təhlükəsizliyindən çox narahat deyillər. Bu günlərdə hüquq-mühafizə orqanlarının əməkdaşları dörd nəfəri Ukraynadan götürmək üçün iki nəfərlik kiçik qayıqla Dnestr çayını keçən Moldova vətəndaşı olan daşıyıcını saxlayıblar”, - məlumatda qeyd edilir.
Hətta hüquq-mühafizə orqanlarının əməkdaşları sərhəd su anbarlarının sahillərində kişi meyitləri tapıblar. Qanunu pozanlar arasında Karpatlarda pis hava şəraitinin qurbanı olan kişilər də var.
Bundan əlavə, Ukrayna sərhədçiləri Moldova ilə sərhəddə qutuda gizlənən kişi aşkar ediblər.
"Qeyri-adi" sərnişin Rossoşan keçid məntəqəsində qadının iki uşağı ilə getdiyi “Renault2 markalı avtomobildə tapılıb. Sərhədçilər sənədlərini yoxladıqdan sonra avtomobilin baqajına da baxış keçiriblər və orada 1985-ci il təvəllüdlü kişini qutuda aşkar ediblər”, - xəbərdə vurğulanır.
Bu sərnişinin qadının həyat yoldaşı olduğu üzə çıxıb və qutuda gizlənməklə ölkəni tərk etməyə cəhd edib.
Halbuki o, Ukraynada qalmalı idi, çünki hərbi vəziyyət dövründə 18 yaşdan 60 yaşa qədər kişilərin ölkədən çıxması qadağandır.