ABŞ-da Cənubi Karolina ştatında özəl xristian məktəbinin bədən tərbiyəsi müəllimi 17 yaşlı şagirdə təcavüz etdiyi üçün həbs edilib.
Lent.az xarici mediaya istinadla bildirir ki, 27 yaşlı Reyqan Anderson futbol komandasının məşqçisi kimi çalışdığı təhsil müəssisəsinin rəhbərliyinin polisə şikayətindən sonra nəzarətə götürülüb. Həbs qərarına əsasən, o, azyaşlıya iki dəfə təcavüz edib.
Məlum olub ki, qadın oktyabr ayında Holli-Hill şəhərindəki şəxsi evdə və Santi şəhərindəki Pizza Hut pitseriyasının dayanacağında şagirdi ilə cinsi əlaqədə olub.
Bundan əlavə, Anderson ona çılpaq fotolarını göndərib. Məktəbdə müəllimlə yeniyetmənin münasibəti ilə bağlı şayiələr yayılıb və noyabrın 8-də rəhbərlik hüquq-mühafizə orqanlarına müraciət etmək qərarına gəlib.
“Güvəndiyimiz məşqçi, müəllim, dost bu etibardan sui-istifadə edərək müəllim andını pozdu. O, oğlumuzun həyatını məhv etdi”, – tələbənin anası cümə axşamı, noyabrın 16-da keçirilən məhkəmə iclasında bildirib. O əlavə edib ki, “bu qadın azad olduğu müddətcə” şəhərdə heç bir gənc idmançı təhlükəsiz olmayacaq.
Nəticədə Anderson 2,5 min dollar girov müqabilində azadlığa buraxılıb və növbəti məhkəmə iclasına qədər elektron qolbaq taxmaq əmri verilib. Həmçinin ona zərərçəkən və onun ailəsi ilə ünsiyyət qurmaq qadağan edilib.