ABŞ-ın Cənubi Karolina ştatında orta məktəb müəllimi azyaşlı şagirdi ilə intim münasibətdə olmaqda şübhəli bilinir.
Lent.az xarici mediaya istinadla bildirir ki, 42 yaşlı müəllim 2014-cü ildə bir yeniyetmə ilə dəfələrlə cinsi əlaqədə olmaqda ittiham edilərək həbs edilib. Qadınla bağlı araşdırma onun Uilminqtondakı məktəbin şagirdlərindən biri ilə romantik münasibəti barədə xəbərlərdən sonra başlayıb.
Müəllimlə azyaşlı oğlan arasında intim münasibət iki aya yaxın davam edib. Ümumilikdə o, 20 cinsi münasibətdə ittiham olunub.
Məlumdur ki, 2015-ci ildə qadın məktəbi tərk edərək pedaqoji fəaliyyətlə məşğul olmağı dayandırıb.