İrlandiyada 63 yaşlı məktəb müəllimi Cakinta Makşeri Okonnor uşağa qarşı iki nalayiq hücumda təqsirli bilinir.
Lent.az xarici mediaya istinadla bildirir ki, cinayətlər 1985-ci ildə, müəllimin 24, zərərçəkənin isə 13 yaşı olanda törədilib. İddiaya görə, o, İspaniyada tətildə olarkən oğlanı incitməyə başlayıb. Qadın əvvəlcə hovuzda sinəsini ona sürtüb, daha sonra isə ona oral seks edib. Səfərdən qayıtdıqdan sonra oğlanın evində daha iki cinsi əlaqə baş verib.
Qadın ittihamları rədd edib. Onun sözlərinə görə, şagirdin ona maraq göstərdiyini görüb, lakin aralarında xoşagəlməz heç nə baş verməyib. Okonnor məhkəmədə “O, mənim haqqımda xəyal qurduğunu, mənə aşiq olduğunu söylədi. Niyə məni məhkəməyə vermək qərarına gəldiyini bilmirəm” deyib.
O, oğlanla kiçik qardaş kimi davrandığını əlavə edib.
Noyabrda ona hökm oxunacağı gözlənilir.