Moskvada hündürmərtəbəli bina yanıb, xəsarət alanlar var-VİDEO
09 fevral 2024 05:40 (UTC +04:00)

Moskvada hündürmərtəbəli bina yanıb, xəsarət alanlar var-VİDEO

Moskvanın Leninqrad prospektində “Aeroport” metrostansiyasının yaxınlığında altımərtəbəli yaşayış binasının dam örtüyü yanıb.

Lent.az-ın məlumatına görə, bu barədə Mash Telegram kanalı yazıb və müvafiq kadrları yayıb.

Məlumata görə, yanğın üçün üçüncü mürəkkəblik dərəcəsi təyin edilib. Yanğının söndürülməsi üçün iki helikopter cəlb edilib.

Yanğının söndürülməsinə Moskva yanğın-xilasetmə qarnizonunun əksər hissələri, o cümlədən ehtiyatda olan şəxsi heyət cəlb olunub.
İlkin olaraq yanğın 300 kvadratmetr ərazini əhatə etsə də, sonradan 4 min kvadratmetr ərazini əhatə edib.

“İlkin məlumatlara görə, fövqəladə vəziyyət nəticəsində 10-dan çox zərərçəkən var”, - kanal bildirib.
Bu, son vaxtlar Moskvada yaşayış binasında baş vermiş ən böyük yanğındır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3597
avatar

Oxşar yazılar