Rusiyanın Smolensk və Moskva vilayətləri ərazisi üzərində iki Ukrayna PUA-sı vurulub.
Lent.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, noyabrın 11-nə keçən gecə Rusiyanın hava hücumundan müdafiə sistemləri Moskva vilayətinin Kolomna şəhərində və Smolensk vilayət ərazisində Ukrayna PUA-larını havada zərərsizləşdirib.