Fransanın Menestro kommunasında baş vermiş hadisə ölkə mətbuatında ciddi müzakirə mövzusu olub.
Lent.az-ın Fransa mətbuatına istinadla xəbərinə görə, evə qayıdan kişi birgə yaşadığı qadının cansız bədəni ilə qarşılaşıb. 25 yaşlı hamilə qadın vanna otağında keçinmişdi.
Hadisə yerinə gələn xilasedicilər üçün ölüm səbəbini müəyyən etmək üçün tibbi ekspertizaya lüzum olmayıb. Məlum olub ki, qadın mobil telefonunu vanna otağındakı ştepselə qoşubmuş. Cərəyana qoşulu telefon vannaya düşdükdə isə qadın onu çıxarmağa cəhd edib və... gerisi məlumdur.