Perunun qərbində mikroavtobusun uçurumdan aşması nəticəsində azı 10 nəfər ölüb.
Lent.az xəbər verir ki, bu barədə Andina agentliyinə istinadən xəbər verir. Avtomobildə 9 sərnişin sağ qalıb. Polis xəsarətlərin ağırlığına görə yol qəzaları qurbanlarının sayının arta biləcəyini istisna etmir.
Polisin məlumatına görə, mikroavtobus Ankaş əyalətində körpünün üzərinə çıxarkən uçurumdan aşıb.