Meymunçiçəyinə qarşı peyvənd üçün növbə yarandı - ABŞ-da
18 iyul 2022 08:41 (UTC +04:00)

Meymunçiçəyinə qarşı peyvənd üçün növbə yarandı - ABŞ-da

Nyu-Yorkda meymunçiçəyinə qarşı peyvənd olunmaq istəyənlərin uzun növbəsi yaranıb.

Lent.az-ın “Le Matin” saytına istinadla xəbərinə görə, peyvəndləmə mərkəzlərində sıxlıq kifayət qədər ciddidir. Ötən gün cəmi 7 dəqiqə ərzində 9200 nəfər onlayn növbə götürüb. Artıq 21 500 doza vaksin vurulub. Peyvənd olunmaq istəyənlərin əksəriyyəti 20-40 yaş arası olan şəxslərdir. 

8 milyon əhalisi olan şəhərdə  meymunçiçəyi sürətlə yayılır. İlk dəfə may ayında aşkar edilmiş xəstəliyə yoluxan Nyu-York sakinlərinin sayı 460-ı ötüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1581

Oxşar yazılar