İsrailin bombardmanları altındakı Qəzza zolağında 2750-dən çox fələstinli ölüb.
Lent.az xəbər verir ki, həyatını itirən şəxslər üçün morq çatışmazlığı yaşanır.
Morqların olmaması səbəbindən dondurma maşınlarından istifadə edilir.
İsrailin intensiv hücumları nəticəsində ölənlərin sayı artdığı üçün Deyr Əl-Bələh şəhərindəki Əqsa xəstəxanasının meyitxanası cəsədləri saxlaya bilməyib.
Xəstəxana rəhbərliyi cəsədləri saxlamaq üçün dondurma maşınlarından istifadə edib.