Daha bir məşhur ukraynalı idmançı Rusiya ordusuna qarşı döyüşlərə qatılıb.
Lent.az Ukrayna mediasına istinadla bildirir ki, ukraynalı boksçu Maks Bursak ölkəsinin müdafiəsi üçün döyüşlərdə iştirak etməyə başlayıb.
Bu barədə idmançı sosial şəbəkə hesabında məlumat verib. Belə ki, o, öz “İnstagram” hesabında hərbi geyimdə və avtomat silahla fotosunu yerləşdirib.
Maks Bursakın paylaşımı