Məşhur təkər istehsalçısı Rusiyada istehsalı azaldır
18 mart 2022 01:07 (UTC +04:00)

Məşhur təkər istehsalçısı Rusiyada istehsalı azaldır

0

İtaliyanın təkər istehsalçısı “Pirelli” Rusiyaya investisiya qoyuluşunu dayandırır və bu ölkədəki müəssisələrinin iş tempini aşağı salır.

Lent.az-ın xəbərinə görə, bu barədə TASS agentliyi məlumat yayıb. 

Şirkətdən bildirilib ki, Rusiyada təhlükəsizlikdən başqa bütüb sahələr üzrə investisiyalar dayandırılıb. Zavodlar yalnız əməkdaşların əmək haqlarını və sosial xidmətləri ödəyəcək həcmdə iş yerinə yetirəcək. 

 “Pirelli”nin Rusiyanın Voronej və Kirov şəhərlərində 2 zavodu fəaliyyət göstərir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1338

Oxşar yazılar