Mərhum türkiyəli müğənni Barış Akarsunun həyatından bəhs edən film çəkilir.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ekran işində sənətçini aktyor İsmayıl Ege Şaşmaz canlandıracaq. O, artıq filmin çəkilişləri üçün hazırlıqlara da başlayıb.
Qeyd edək ki, B.Akarsu 2007-ci il iyulun 4-də 28 yaşında motosikl qəzasında dünyasını dəyişib.