Rusiyalı tanınmış jurnalist və teleaparıcı Kseniya Sobçak İsrail vətəndaşlığını alıb.
Lent.az Rusiya KİV-nə istinadla bildirir ki, bu barədə İsrailin “Haaretz” nəşri məlumat yayıb.
Kseniya Sobçak daha əvvəl köçməyi planlaşdırmadığını bildirsə də, aprelin 8-i məlum olub ki, o, Moskvadakı bahalı mənzilini satıb.
Nəşrin yazdığına görə, Sobçak İsrailin müvafiq qanununa əsasən vətəndaşlıq hüququna malikdir, çünki onun ana tərəfdən babası milliyyətcə yəhudidir.
İsrail mətbuatı bundan əvvəl reper Morqenşternin bu ölkənin vətəndaşlığını alması barədə məlumat yayıb.
Müvafiq qərar və rusiyalı reperin Yerusəlimə köçməsi iki gün əvvəl məlum olub.