Rusiyalı iş adamı Roman Abramoviç Rusiya və Ukrayna arasında danışıqlar prosesini aktivləşdirmək üçün Kiyevə gedib.
Lent.az-ın xəbərinə görə, bu barədə “Fortune” jurnalı məlumat verib.
Jurnalın məlumatına görə, Abramoviç danışıqlar prosesini canlandırmaq üçün Ukrayna tərəfinin nümayəndələri ilə görüşüb. Lakin görüşllərin detalları məlum deyil.