Məktəb tualetindən  yaquar tapıldı
25 may 2022 22:38 (UTC +04:00)

Məktəb tualetindən yaquar tapıldı

Braziliyanın Nova Lima bələdiyyəsindəki məktəblərin birində yaquar aşkarlanıb.

Lent.az “Daily Star” nəşrinı istinadən xəbər verir ki, məktəblilər arasında futbol oyunu zamanı tualetə gedən uşaq kabinələrdən birində vəhşi yaquarla qarşılaşıb. 

Təhlükəli heyvanla qarşılaşan doqquz yaşlı David Miguel hadisə yerindən qaçmağa başlayıb.

O başına gələnləri atasına danışıb. 

O, oğlunun sözlərinin doğruluğunu yoxlamaq üçün əraziyə gedib daha sonra xilasediciləri çağırıb.

Heyvanı zərərsizləşdirərək təhlükəsiz yerə aparıblar. 

Hadisə zamanı heç kim xəsarət almayıb.
 

# 2523
avatar

Oxşar yazılar