Meksikanın cənubundakı Gerrero ştatında 5,2 maqnitudalı zəlzələ baş verib.
Lent.az-ın məlumatına görə, bu barədə Meksikanın Milli Seysmoloji Xidməti X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.
Zəlzələnin episentri təxminən 13,3 min nəfər əhalisi olan San-Markos şəhərindən 57 km cənub-şərqdə, 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.