Vinnitsa vilayətində hüquq-mühafizə orqanlarının əməkdaşları bank işçiləri adı altında Ukraynanın hər yerindən onlarla insanı aldadan bir qrup məhbusun fəaliyyətini dayandırıblar.
Lent.az Ukrayna mediasına istinadla bildirir ki, cinayətkar qruplaşmaya Vinnitsada ağır cinayətlərə görə cəza çəkən üç məhkum daxildir. Dələduzluq etməkdə onlara azadlıqda olan 39 yaşlı dostları kömək edib. Cinayətkarlar özlərini bankın təhlükəsizlik işçisi kimi təqdim edərək zərərçəkmişləri çaşdırıb və onlardan şəxsi məlumatları aldıqdan sonra hesablarındakı bütün pulları köçürüblər.
Polis təqsirləndirilən şəxslərin 30-a yaxın cinayət epizodunu müəyyən edib. Məhkumların zərərçəkmişlərin hesablarından köçürdükləri məbləğlər 5-35 min qrivna (təxminən 230 manatdan 1610 manatadək) arasında dəyişib. Onların əməllərindən ölkənin demək olar ki, bütün rayonlarının sakinləri zərər çəkib.
Fırıldaqçılıq sxeminin əməliyyatını 35 yaşlı Donetsk vilayətindən olan şəxs qurub. O, iki şəriki ilə birlikdə Vinnitsa vilayətində mülki cinayətlərə görə cəza çəkir.
Polis məhkumların saxlandığı yerdə axtarış apararaq, 8 telefon, 20 mobil nömrə və sənədlər müsadirə edib.