Məhkəmə qadın paltarı geyən kişiləri cəzalandırdı
02 noyabr 2023 05:27 (UTC +04:00)

Məhkəmə qadın paltarı geyən kişiləri cəzalandırdı

Nigeriyanın Kano əyalətinin şəriət məhkəməsi toyda qadın paltarı geyinən səkkiz kişidən ibarət qrupun hər üzvünü 10 şallaq zərbəsi ilə cəzalandırıb.

Lent.az xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

Agentlik qeyd edir ki, eyni zamanda təqsirkarlar 10 min naira (13 ABŞ dolları) məbləğində cərimə ödəməli, imtina etdikdə isə üç ay həbs cəzası almalıdırlar. Təqsirləndirilən şəxslər qonaqlar arasında rəqs etdikləri toyda qadın paltarı geyinərək həbs ediliblər. Kişilər təqsirlərini etiraf ediblər.  
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3744
avatar

Oxşar yazılar