Almaniyalı astrobioloq, professor DarkŞuls Makkoç NASA-nın 1976-cı ildə Marsa göndərdiyi “Vikinq” aparatının bu planetdə həyat izləri tapdığını, lakin Yerlilərin bu izləri məhv etdiyini bildirib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, alim verdiyi müsahibdə bildirib ki, NASA-nın 2021-ci ildə Marsa həyat izləri axtarmaq üçün göndərdiyi “Perseverance” çox böyük ehtimalla yeni izlər tapıb, lakin bu barədə ictimaiyyətə bildirilmir.
“1970-ci ildə “Viking”in Marsdan gətirdiyi torpaq nümunələrində həyat əlamətləri tapılmışdı. Qaz dəyişimi yaradan mikroorqanzimlər tapılmışdı. Lakin bizim mütəxəssislərin bu orqanizmlərin üzərinə yanlışlıqla tökdüyü bir maye bütün faktları yox etdi”,- deyə alim bildirib.