Yelisey sarayına insan barmağı olan məktub gəlib.
Lent.az-ın xəbərinə görə, bu barədə “Valeurs Actuelles” məlumat yayıb.
İyulun 10-da Sarayın qəbul şöbəsinə poçtla məktub gəlib. Prezident emmanuel makrona ünvanlanan zərf açılan zaman içindən insan barmağı çıxıb.
Nəşrin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları daha sonra barmağın sahibini tapıblar.
Yelisey Sarayı məsələni şərh etməkdən imtina edib.