Lüks avtomobil həvəskarlarına koronavirus təsir etməyib
17 yanvar 2022 06:18 (UTC +04:00)

Lüks avtomobil həvəskarlarına koronavirus təsir etməyib

Dünya avtomobil sənayesinin böhran keçirdiyi 2021-ci ili lüks avtomobil istehsalçıları artımla başa vurublar.

Lent.az-ın “Le Matin” saytına istinadla xəbərinə görə, “Rolls Royce” ötən il 5586 avtomobil satıb. Bu, firmanın tarixində ən yüksək göstəricidir. Şirkətin ən çox satılan “Ghost” modelinin dəyəri 300 000 avrodan yuxarıdır.

Bundan başqa, “Bentley” 14 659, “Lamborghini” isə 8405 ədəd avtomobil sata bilib. 

Standart avtomobillərə gəlincə, dünyada ötən il detal qıtlığına görə istehsal təxminən 8 milyon ədəd azalıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1434
avatar

Oxşar yazılar