"Vaqner" özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin Belarus ərazisində deyil.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, respublika prezidenti Aleksandr Lukaşenko onun harada olması barədə danışıb.
Onun sözlərinə görə, Priqojin Sankt-Peterburqdadır.
“Bu səhər o haradadır..? Ola bilsin, səhər Moskvaya gedib”, - dövlət başçısı ehtimal edib.