Lukaşenka  hərbi çevrilişə   hazır olduğunu bəyan etdi
25 may 2023 15:03 (UTC +04:00)

Lukaşenka hərbi çevrilişə hazır olduğunu bəyan etdi

Belarus prezidenti Aleksandr Lukaşenko Polşanın dəstəkləməyi planlaşdırdığı ölkədə mümkün hərbi çevrilişə hazır olduğunu bildirib. 

Lent.az bildirir ki, bu barədə respublika başçısının mətbuat xidmətinə yaxın mənbə məlumat yayıb.

Bundan əvvəl Polşa milli müdafiə nazirinin keçmiş müavini, general Valdemar Skşiçak Belarusda qaçılmaz silahlı çevriliş olacağını proqnozlaşdırmışdı. Onun sözlərinə görə, Varşava Lukaşenkoya qarşı əməliyyat keçirəcək qoşunlara dəstək verəcək.

Belarus prezidenti xatırladıb ki, bir neçə ay əvvəl o, gözlənilən iğtişaşlar barədə xəbərdarlıq edib. “Üsyan üçün, inqilab üçün - Belarusda nəyə hazırlaşdıqlarını bilmirəm. Onların başqa bir üsyana hazırlaşdığını çoxdan bilirik”, - prezident deyib.

Lukaşenkonun sözlərinə görə, Belarus xüsusi xidmət orqanları vəziyyətdən xəbərdardır və alay və batalyonların yaradılmasına nəzarət edir.

“Biz onların harada olduqlarını bilirik və hər kəsi adı ilə tanıyırıq. Biz hazırıq, gəlsinlər”, - Belarus lideri vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1746
avatar

Oxşar yazılar