Rusiyanın Soçi şəhəri güclü leysan yağışlarından sonra Venesiyaya “bənzəyir”.
Lent.az xəbər verir ki, “İzvestiya” qəzetinin Telegram kanalında yerləşdirilən məlumata görə, yerli sakinlər şəhərdə qayıqla hərəkət edir və küçələrdən video yayımlayırlar.
Hadisə şahidlərinin sözlərinə görə, 2015-ci ildə də şəhərdə oxşar hadısələr yaşanıb.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları şəhərdə su basmış “Blue Marine” otelindən qonaqları təxliyə ediblər.
Bundan əvvəl Fövqəladə Hallar Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsi yerli çaylarda suyun səviyyəsi yüksəldiyindən iyulun 11-dək Soçidə tufan xəbərdarlığı elan etmişdir.