Polşanın paytaxtı Varşava şəhərində "qanuni oğru"lar arasında “sxodka” keçirilib.
Lent.az xəbər verir ki, toplantı xoşagəlməz hadisə ilə yekunlaşıb.
Bir zaman Ded Xasana qarşı Rövşən Lənkəranski ilə ittifaqda olan Tariel Oniai (Taro) özündən yaşca çox böyük "qanuni oğru"ya əl qaldırıb.
“Taro” mübahisə zamanı 76 yaşlı "qanuni oğru" Vladimir Cibiladzeyə iki dəfə əl qaldırıb. Bu isə “sxodka” iştirakçıları tərəfindən birmənalı qarşılanmayıb.
“Taro”nun bu hərəkəti onun "qanuni oğru" adınının əlindən alınması ilə nəticələnə bilər.