Moskvanın mərkəzində naməlum şəxslər iki nəfərə atəş açıb.
Lent.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Silahlı şəxslər onların pul ilə dolu çantasını oğurlayıb.
Hadisəni törədənlər “Mercedes” markalı avtomobillə ərazidən uzaqlaşıblar.
İnsident zamanı bir nəfər xəsarət alıb.
İlkin məlumata görə, oğurlanmış çantada 300 milyon (5 milyon 730 min manat) rubl olub.
"Bankın yaxınlığında baş verən silahlı basqından sonra kompleks əməliyyat-axtarış tədbirləri davam etdirilir. Cinayətin planlaşdırılmış və məlumat əsasında törədildiyi müəyyən edilib", - deyə hüquq-mühafizə orqanlarının əməkdaşı bildirib.