2022-ci il sentyabrın 8-də vəfat etmiş Britaniya kraliçası II Yelizavetanın həyata keçməmiş arzusu elan edilib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, kral ailəsinin yaxın dostlarından biri kraliçanın arzusu barədə danışıb. O bildirib ki, kraliça şahzadə Harri və xanımı Meqan Marklın saraya dönüb öz vəzifələrinin başında durmasını istəyirmiş. Bu onun ən böyük arzusu olub.
Xatırladaq ki, 2020-ci ildə şahzadə Harri və Meqan Markl bütün titullardan imtina edərək, ABŞ-ın Kaliforniya ştatına köçdülər. Onlar kral ailəsi barədə xoşagəlməz müsahibələr verib, məqalələrin, kitabların yazılmasına səbəb oldular. Buna baxmayaraq, II Yelizaveta nəvəsinin və gəlinin geri dönməsini istəyirmiş.