Kraliça ictimaiyyət arasına çıxdı
05 fevral 2022 23:39 (UTC +04:00)

Kraliça ictimaiyyət arasına çıxdı

İngiltərə kraliçası II Elizabet Bukinqem sarayında təşkil edilən ziyafətdə iştirak edib

Lent.az xəbər verir ki, ötən ilin oktyabr ayında xəstəxanada bir neçə gün keçirən kraliça ictimaiyyət arasında nadir hallarda görünür. Ziyafətdə kraliçaya ən yaxın dairədən məhdud sayda adam dəvət edilib.

Saraydan verilən məlumata görə, II Elizabet fevralın 6-da platin yubileyini qeyd edən ilk Britaniya kraliçası kimi tarixə düşəcək. 

Bazar günü kraliçanın taxta çıxması rəsmi şənlik olmadan qeyd ediləcək. Çünki 1952-ci il 6 fevral həm də kraliçanın atası VI Georqun ölüm günüdür.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1704
avatar

Oxşar yazılar