Hollandiya kraliçasının traktorda dikdabanda çəkdirdiyi fotolar pərəstişkarlarını təəccübləndirib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Hollandiya kraliçası Maksima hündürdaban ayaqqabıda traktora minib. Traktoru hündürdaban ayaqqabıda idarə edən Maksima paparazzilərin diqqətini çəkib.
O, əri kral Villem-Aleksandr ilə İsveçin Göteborq şəhərinə səfər edib. Kraliça ictimaiyyət qarşısına bənövşəyi kostyum, çəhrayı köynəkdə çıxıb və məxmər stiletto geyinib.
Hündürdaban ayaqqabıda əkin sahəsində işləyən traktoru sürməyə qərar verən kraliçaya fanatları qəribə şərhlər bildiriblər:
“Axmaq qərar”, “Dikdabanda traktora minməyin nə mənası var?”, “Təhlükəsizdirmi?”, “Uyğun olmayan geyim”, “Kraliça aksesuarlarla çox uzağa getdi”.