“Ukrayna ordusu Dnepr çayı üzərində keçən bütün körpülərə nəzarət edir. Xersonda küçə döyüşləri başlayarsa, ruslar şəhəri tərk edə bilməyəcək”.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov özünün teleqram kanalında bildirib.
Nazir onu da qeyd edib ki, rus hərbçilərinin Xersonda qalması onların həyatı bahasına başa gələ bilər:
“Mən onlara məsləhət edərdim ki, təslim olsunlar, ya da təcili şəhəri tərk etsinlər. Sonra gec olacaq”.