Koronavirusla bağlı son STATİSTİKA
17 iyun 2021 09:46 (UTC +04:00)

Koronavirusla bağlı son STATİSTİKA

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 177 816 856 nəfərə çatıb.

Lent.az “Worldometers” saytına istinadən xəbər verir ki, koronavirusdan 3 848 940 xəstə ölüb, 162 323 582 nəfər sağalıb.

Xatırladaq ki, Azərbaycanda indiyədək ümumilikdə 335 291 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 329 038 nəfər müalicə olunaraq sağalıb, 4 959 nəfər vəfat edib, aktiv xəstə sayı 1 294 nəfərdir.

# 1068
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar