Koronavirus peyvəndinin istehsalı dayandı
08 fevral 2022 22:05 (UTC +04:00)

Koronavirus peyvəndinin istehsalı dayandı

“Johnson&Johnson” şirkəti koronavirus peyvəndinin istehsalını dayandırıb.

Lent.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, 2021-ci ilin sonunda şirkət vaksinin istehsal olunduğu Hollandiyanın Leyden şəhərindəki zavodunu bağlayıb.

İstehsalın dayandırılması müvəqqətidir. Yaranan fasilədən sonra zavod işini davam etdirəcək.

İstehsalın dayandırılması səbəbindən vaksinin tədarükü bir neçə milyon doza azaldıla bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2430
avatar

Oxşar yazılar