Almaniyada orta yaşlı kişinin davranışı dünya mediasının diqqətindədir.
Lent.az-ın xəbərinə görə, o, ebay-dan 240 avroya aldığı ikinci əl mebeli quraşıdrarkən rəfdən 2 bağlama pul çıxıb.
Buna görə də, Bitterfeld sakini olan kişi mebeli polisə gətirib. Pulun ümumi məbləğinin 150 000 avro (təxminən 300 000 AZN) olduğu üzə çıxıb. Polis pulun sahibini tapmaq üçün məhkməyə müraciət edib.
Bir neçə gün sonra mebelin sahibinin 91 yaşlı qadın olduğu müəyyən edilib. Pul sahibinə qaytarılıb. Yerli qanunvericiliyə uyğun olaraq kişi əsl vətəndaşlıq nümayiş etdirdiyinə görə mükafatlandırılıb. Yerli qanunvericiliyə görə pulun 3%-i (4500 Avro və ya təxminən 9000 AZN) ona mükafat kimi ödənilib.