Kiyevin Qoloseyevski rayonunda yanvarın 26-da raket hücumu nəticəsində ölən və yaralananlar var.
Lent.az Ukrayna mediasına istinadla bildirir ki, bu barədə Kiyev şəhər hərbi administrasiyasının mətbuat xidməti məlumat yayıb.
"Qoloseyevski rayonu. Raketin düşməsi nəticəsində ölənlər var. Məlumat dəqiqləşdirilir. Sığınacaqlarda qalın", - məlumatda deyilir.
Bir müddət sonra Kiyevin meri Vitali Kliçko da bu barədə məlumat verib.
"Qoloseyevski rayonunda qeyri-yaşayış binalarına raketin düşməsi nəticəsində bir ölü və iki yaralı haqqında məlumat var. Yaralılar həkimlər tərəfindən xəstəxanaya yerləşdirilib".
Kiyevin meri Vitali Kliçko yazıb.
***
12:54
Yanvarın 26-da Kiyevdə güclü partlayış baş verib.
Lent.az bildirir ki, bu barədə “Korrespondent.net” hadisə şahidlərinə istinadən xəbər verir.
Şəhər meri Vitali Kliçko partlayışla bağlı məlumatı təsdiqləyib.
"Kiyevdə partlayış! Sığınacaqlarda olun!", - o, “Telegram”da yazıb.
İlkin məlumatlara görə, partlayış səsləri şəhərin müxtəlif yerlərində eşidilib. Eyni zamanda, hava hücumundan müdafiə qüvvələrinin də paytaxt bölgəsində fəaliyyətini davam etdirəcəyi ehtimal edilir.