Kişi evə qayıdıb öz dəfnində  iştirak etdi - ŞOK OLAY
29 yanvar 2025 14:53 (UTC +04:00)

Kişi evə qayıdıb öz dəfnində iştirak etdi - ŞOK OLAY

Tailandda bir kişi öz dəfni üçün evə qayıdanda ailəsini şoka salıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Borrabue polis idarəsinin əməkdaşları yanvarın 18-də şəxsiyyəti məlum olmayan bir kişinin ölümünü araşdırıblar. Kişinin havanın soyuq keçməsi nəticəsində öldüyü ehtimal edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ölən şəxsin Sakon Nakhon əyalətinin Savanq Dandin rayonunun sakini Fet olduğu qənaətinə gəliblər.

Meyit şəxsiyyəti və ölüm səbəbini dəqiqləşdirməkdən ötrü yarılma üçün Xon Kaen xəstəxanasına aparılıb. Meyitin kimliyinə əmin olan polis, Fetin ailəsinə onun ölümü barədə məlumat verib və yarılma aparılarkən onları dəfn üçün hazırlaşmağa çağırıb.

Yanvarın 20-də ailə evdə dəfn üçün hazırlıqlara başlayıb. Fetin kiçik qardaşı yarılma nəticələrini almaq üçün Xon Kaen əyalətinə gedib.

Qardaşı hələ xəstəxanada olarkən gözlənilmədən ailəsi ona zəng edərək deyib ki, Fet evə sağ-salamat qayıdıb.

Məlum olub ki, polisin xəbərindən əvvəl Fet təkrar emal olunanları toplamaq üçün başqa şəhərə gedib. Lakin onun uzun müddət yoxluğu ailəsini meyitin Fetə məxsus olmasına inandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2940

Oxşar yazılar

Kipr Sülh Əməliyyatının 51-ci ili - Tarixi fotolar

Kipr Sülh Əməliyyatının 51-ci ili - Tarixi fotolar

21 iyul 2025 , 06:16
Avtobus uçuruma yuvarlandı - 14 ölü

Avtobus uçuruma yuvarlandı - 14 ölü

21 iyul 2025 , 03:31
Netanyahu sentyabrda hakim qarşısına çıxacaq

Netanyahu sentyabrda hakim qarşısına çıxacaq

21 iyul 2025 , 02:21
Türkiyəyə 200 kilodan çox   kokain keçirilməsi cəhdi-  Diplomat saxlanıldı

Türkiyəyə 200 kilodan çox kokain keçirilməsi cəhdi- Diplomat saxlanıldı

20 iyul 2025 , 18:02
Benyamin Netanyahu, İsrail Baş naziri

Netanyahu qidadan zəhərləndi

20 iyul 2025 , 17:20
Gəmi yanır -  Ölənlər var  -VİDEO

Gəmi yanır - Ölənlər var -VİDEO

20 iyul 2025 , 16:55
Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO

Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO

20 iyul 2025 , 11:47
Qəzzada onlarla insan öldü

Qəzzada onlarla insan öldü

20 iyul 2025 , 09:15