Xarici KİV-lər Britaniya taxtının varisi şahzadə Uilyamla xanımı Keyt Middiltonun boşanmaq ərəfəsində olduğunu iddia edirlər.
Lent.az-ın xəbərinə görə, bir çox media orqanları cütlüyün münasibətlərinin böhran içində olduğunu bildirib.
Bəzi versiyalara görə, Uilyamla Keytin münasibətləri şahzadənin gecə klubunda tanış olduğu sevgilisi ilə Keytin qarşılaşmasından sonra pozulub. Digər iddialara görə, şahzadə Uilyamın sevgilisi Keytin köhnə rəfiqəsi, 37 yaşlı qrafinya Rouz Roksvedc Çamplidir.
Cütlük artıq uzun müddətdir birlikdə cəmiyyət arasında görünmür.
İnsayderlər bildirirlər ki, Keyt əri ilə birlikdə Şotlandiyaya getməkdən belə imtina edirmiş. Lakin sonra jurnalistlərin dilinə düşməmək üçün onunla eyni təyyarəyə minməyə razı olub.