Bolqarıstan polisi Rumıniyanın keçmiş turizim naziri Yelena Udryanı saxlayıb.
Lent.az xəbə verir ki, bu barədə Bolqarıstanın Daxili İşlər Nazirliyinin mətbuat mərkəzi məlumat yayıb.
"Ruminya polsinin müraciəti əsasında bu ölkədən çıxan avtomobilin araşdırılması xahiş edilib. Həmin avtomobil Bolqarıstan-Yunanıstan sərhədindəki “Kulata” sərhəd-keçid məntəqəsi yaxınlığında aşkarlanıb və həbs qərarı əsasında 24 saat saxlanılıb",-deyə məlumatda bildirilir.
Yelena 2010-2011-ci illərdə turizim naziri olub. O korrupsiya ittihamı ilə altı il müddətinə azadlıqdan məhrum edilmişdir.
Rumıniya xüsusi xidmət orqanlarının məlumatına görə, Udrya vəzifəsində olarkən müxtəlif şirkətlərdən 1,1 milyon avrodan çox rüşvət alıb.