Keçmişdə “Amazon”un qurucusu Ceff Bezosun evində işləyən qadın onu məhkəməyə verir.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, işçilər Bezos tərəfindən irqi ayrı-seçkiliyə məruz qaldığını, istirahət və nahar üçün fasiləsiz olaraq antisanitar şəraitdə uzun müddət işlədildiyini iddia edir.
Onun sözlərinə görə, bəzən gündə 10-14 saat işləməli olurdu:
“Xüsusi istirahət otağı yox idi. Xidmətçilər yeməyi camaşırxanada yeməyə çalışırdılar. Evdəki tualetdən istifadə etmək qadağan edilmişdi”.
İşçinin iddiasına görə, Bezos ona və digər ispaniyalı işçilərə qarşı ağ dərili insanlardan fərqli davranıb.
Bezosu müdafiə edən vəkil Harry Correll isə deyib: "Bu iddialar əsassızdır, biz özümüzü müdafiə edəcəyik".
Qadın müavinətlərin qaytarılmasını, həmçinin pul kompensasiyası tələb edir.