Kadırovun səhhətində  ciddi problemlər   var - İDDİA
03 mart 2023 22:10 (UTC +04:00)

Kadırovun səhhətində ciddi problemlər var - İDDİA

0

Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhətində ciddi problemlər yaranıb. 

Lent.az-ın xəbərinə görə, bu barədə Almaniyanın “Bild” nəşri Çeçenistanın keçmiş baş nazirinin müavini, hazırda mühacirətdə yaşayan Əhməd Zakayevə istinadən yazır.

Qeyd olunur ki, son vaxtlar Kadırov nəzərəçarpacaq dərəcədə kökəlib, üzündə şişlik yaranıb. Videolarda çox vaxt gözlərini aça bilmir.

Zakayevin məlumatına görə, Çeçenistan rəhbərinin böyrəklərində ciddi problemlər var. Onun sözlərinə görə, Kadırov rusiyalı həkimlərə inanmır, ona görə də Əbu-Dabidəki “Burjeel" xəstəxanasının nefrologiya şöbəsinin baş həkimi, doktor Yasin İbrahim Əl-Şahat Qroznıya çağırılıb.

Məhz müalicə üzündən Çeçenistan rəhbəri Rusiya prezidenti Vladimir Putinin fevralın 21-də Moskvadakı çıxışında iştirak edə bilməyib.

Məqalədə Kadırovun enerjiliyinin stimullaşdırıcı və digər dərmanların istifadəsi ilə bağlı ola biləcəyi də irəli sürülüb.
 
Jurnalist Ceyson Smart mənbəyə istinadən “Twitter”də yazıb ki, Çeçenistan rəhbərinin böyrəkləri sıradan çıxıb.
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2608

Oxşar yazılar