Kadırov Ukraynadakı müharibəyə  20 mindən çox   döyüşçü göndərib
11 yanvar 2023 13:22 (UTC +04:00)

Kadırov Ukraynadakı müharibəyə 20 mindən çox döyüşçü göndərib

0

Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib ki, artıq 21 mindən çox yaraqlı Ukraynadakı müharibəyə göndərilib. 

Lent.az xarici mediaya istinadla bildirir ki, o, bu barədə “Telegram” səhifəsində məlumat verib.

Onun sözlərinə görə, hazırda ön cəbhədə Çeçenistandan olan doqquz mindən çox əsgər var.

“Onların hər biri bütün zəruri forma və silahlarla təmin olunub ki, bu da onlara səmərəli xidmət etməyə imkan verir”, - Kadırov bildirib.

Kadırov daha əvvəl demişdi ki, o, çeçen OMON-u Axmat-1-in 300 döyüşçünü “ümumbəşəri şər və satanizmlə mübarizə” üçün Ukraynaya göndərib.

Bundan əvvəl Ramzan Kadırov Ukrayna şəhərlərinə daha güclü zərbə endirməyə çağırıb. O, dəfələrlə Ukraynada “xüsusi hərbi əməliyyat”ın gedişatını tənqid edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2747

Oxşar yazılar